Hər şeydə xeyir görmək

More Website Templates @ TemplateMonster.com - August 05, 2013!

Hadisələrdəki xeyirləri görməyə maneə törədən səbəblər

Dünyanın Bir İmtahan Yeri olduğunu Unutmaq
Bir qisim insanlar həyatlarının böyük bir hissəsinin günlük həyatın axışı içində, təsadüflər nəticəsində inkişaf etdiyini zənn edərlər. Lakin bu sapıq qiymətləndirmə çox böyük bir yanılmadır. Bir adamın xərçəng olması və ya bir yaxınını yol qəzasında itirməsi kimi böyük hadisələrdən, yediyi yeməyə və ya geydiyi paltara qədər hər şey o adamın qədərində təyin olunmuş özəl hadisələrdir. Bütün bu hadisələri adamın sınanması üçün ən incə detalına qədər Allah yaratmaqdadır.

İnananlarla inkarcılar arasındakı ən fundamental fərq bu nöqtədə açığa çıxar. Möminlər həm öz başlarına gələn həm də ətraflarında gerçəkləşən hadisələri çox fərqli bir baxış ilə qiymətləndirərlər. Bu Quranda Allahın əmr etdiyi şəkildə düşünərək, hər hadisəni bir sınaq gözüylə qiymətləndirmədir. Bu səbəbdən möminlər qarşılaşdıqları hər hadisədə sınandıqlarının şüurunda olaraq Allahı razı edəcək davranışlar göstərməyə cəhd göstərərlər.

Digər tərəfdən Quran əxlaqını yaşamayan insanların çoxunun çatmağa çalışdığı birçox hədəflər vardır. Bu hədəflər ümumiyyətlə, yaxşı bir məktəbdə oxumaq, xoşbəxt bir evlilik qurmaq, uşaqlarını evləndirmək, bacarıqlı bir iş adamı olmaq, yüksək bir mövqeyə gəlmə, zəngin və etibarlı bir insan olmaq kimi mövzularda sıxlaşar. Bütün bu sayılanlar məqbul istəklərdir ancaq səhv olan bu istəklərə çatmağı bəzi kəslərin həyatlarının ən önəmli məqsədi halına gətirmələridir. Bu kimi insanların bütün planları və məşğuliyyətləri bu dar çərçivə içindədir.

Çünki bu insanlar həyatlarını yalnız bu dünyadan ibarət zənn etməkdədirlər. Halbuki bu zənn, çox böyük bir yanılmadır. Bir insan həyatı boyunca hər istədiyini əldə etmiş belə olsa, sonunda həyatı bir yerdə nöqtələniləcək. Və həqiqət sonsuz həyat olan axirətə addım atacaq. Bu səbəbdən yalnız dünyanın keçici bəzəklərini qazanmağa yönəlik bir həyat, Allahın diləməsi xaricində boşa keçmiş bir həyatdır.

Üstəlik belə bir həyatı özünə məqsəd əldə etmiş bir insanın dünyada istədiklərinə əskiksiz olaraq qovuşması mümkün deyil. Allahın yaratdığı qanuna görə, dünya üzərindəki varlıqlar zaman içərisində pozulmağa başlayarlar. Zamanın bezdirici təsiri istisnasız hər şey üzərində təsirini göstərir. Məsələn çox gözəl görnüşlü, xoş qoxulu bir meyvə bir neçə gün sonra yeyilməyəcək hala gələr; illərcə səy göstərərək əldə edilən bir ev sonunda köhnələr və istifadə edilməz vəziyyətə gəlir. Və ən önəmlisi dünyadakı hər şey kimi insan bədəni də zaman içərisində pozulmağa doğru sürətlə yol götürər. Zamanın gətirdiyi köhnəlməyi və vücudun yaşlılığa olan keçişini, bütün insanlar yaşamaq vəziyyətindədir. Saçların ağarması, müəyyən bir yaşdan sonra hücrələrin ölməyə başlaması, vücudu meydana gətirən üzvlərdə ortaya çıxan axsamalar, dərinin qırışması və digər çox əlamət insanın ölümə yaxınlaşdığnı xatırladan açıq dəlillərdəndir.

Yaşlanmanın yanında insanın ömrü, ən yaxşı ehtimalla ortalama 60-70 ildir ki qarşılaşılan çox hadisə ilə bu vaxt daha da qısala bilər: yol qəzası, ölümcül bir xəstəlik kimi faktorlar insanın heç gözləmədiyi bir anda həyatını itirməsinə səbəb ola bilər. Öncəki bölümdə də söz etdiyimiz kimi, insan nə qədər ölümü düşünməməyə, onu ağlından çıxarmağa çalışırsa çalışsın, qaçınılmaz sonla bir gün özü də qarşılaşar. İstər dünyanın ən gözəl insanı olsun, istər ən zəngini, istəsə də ən məşhuru hər insan ölüm həqiqətiylə üz-üzə gəlir. Bütün həyatını xərcləyərək əldə etdiyi mallar, mülklər, övladlar, dostlar onu ölümdən qoruya bilməz. Bu həqiqət Quranda belə xəbər verilər:

(Ya Peyğəmbər!) De: “(Qorxub) qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız. O da sizə (dünyada) nələr etdiyinizi (bir-bir) xəbər verəcəkdir! (Cümə Surəsi, 8)

Bütün bunlar tək bir həqiqəti göstərir; dünya həyatı keçicidir və insanın həqiqi yurdu deyil. O halda insanın əsl hədəfi bu dünya deyil axirət olmalıdır. Ayədə belə buyrulur:

Sizə verilən hər hansı bir şey fani dünya malıdır. Allah yanında olan (axirət mükafatları) isə daha yaxşı və daha baqidir. O kəslər üçün ki, iman gətirib öz Rəbbinə təvəkkül edərlər. (Şura Surəsi, 36)

Dünya həyatının keçici olduğu və insanın da ölümlü bir bədənə sahib olduğu bu qədər açıqkən, üzərində düşünülməsi lazım olan çox önəmli bir mövzu ortaya çıxmaqdadır. Bu mövzu isə, insanın yaradılış məqsədidir. Allah, Quranda dünya həyatını yaratma məqsədini belə açıqlamaqdadır:

Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır. (Mülk Surəsi, 2)

Allah, Qurandakı çox ayə ilə insanın yaradılış məqsədinin Özünə qulluq etmək olduğunu və dünya həyatının da yaxşı ilə pislərin bir-birindən ayrılması üçün bir sınaq məkanı olaraq yaradıldığını bildirmişdir. Bu mövzuda bir başqa ayə belədir:

Biz yer üzündə olanları onun (sakinləri) üçün (və ya onun özünə məxsus) bir zinət yaratdıq ki, onlardan hansının daha gözəl əməl sahibi olduğunu yoxlayıb ayırd edək. (Kəhf Surəsi, 7)

İnsan, həyatı boyunca davamlı olaraq bir sınağa tabedir, heçbir şey təsadüfən meydana gəlməz. Əgər insan bunları qavraya bilməz və hadisələrin Allahdan müstəqil olaraq inkişaf etdiyini zənn etsə o zaman çox böyük bir səhvə düşmüş deməkdir. Çünki həyatın axışı içində inkişaf edən bütün hadisələr əslində Allahın bu adama özəl olaraq yaşatdığı bir imtahandır. Və insan bu imtahan qarşısında verəcəyi reaksiyalardan, edəcəyi davranışlardan məsul tutular. Bu davranışları və əxlaqı sonsuz həyatındakı mövqeyini müəyyən edəcək. Böyük və ya kiçik heç bir şeyin təsadüfən meydana gəlməyəcəyi, hamısının Allahın o adamın qədərində təqdir etdiyi hadisələr olduğu insanın ağlından çıxarmaması lazım olan ən vacib həqiqətlərdən biridir. İnsan bu həqiqəti unutmadığı vaxtda qarşılaşdığı hər şeyin özü üçün xeyir dolu olduğunu da unutmaz. Çünki hər şey Allahın təqdiri ilə gerçəkləşər. Bu vəziyyətdə insan hadisələrdəki xeyir və hikmətləri görmək, qısacası hər şeyi “xeyirə yozmaq” üçün öncəliklə dünya həyatının imtahan olduğunu ağlından çıxarmaması lazımdır.

 

Kimsəyə qaldıra biləcəyindən çox yük yüklədilməz

Allah hər insanı dəyişik hadisələr və bəzilərini vəsilə edərək fərqli fərqli sınaqlara tabe tutmaqdadır. Amma bu nöqtədə bunu ifadə etmək lazımdır ki, Allah sonsuz ədalət sahibidir və qullarına qarşı Halim (çox yumuşaq olan)dır; insana gücünü aşan bir yükümlülük verməz. Bu, Allahın bir vədidir:

Biz heç kəsi gücü çatmayan işi görməyə vadar etmərik. (Hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyərik. Namazı ayaq üstə qıla bilməyən oturub qıla bilər. Xəstəliyinə, zəifliyinə görə oruc tuta bilməyən orucunu yeyə bilər). Bizdə haqqı söyləyən bir Kitab vardır. Onlara (haqsız yerə əsla) zülm olunmaz. (Möminin Surəsi, 62)


İman gətirib yaxşı işlər görənlər isə - Biz heç kəsi qüvvəsi yetdiyindən artıq yükləmərik – cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar! (Araf Surəsi, 42)

İnsanın dünya həyatında qarşılaşa biləcəyi hər cür ağır imtahan, xəstəliklər, qəzalar, maddi və mənəvi çətinliklər və digərləri onun qaldıra biləcəyi sərhədlərin içində iştirak edən sınaqlardır. Lakin adam, gözəl əxlaqı və səbri deyil də şeytanın özəlliyi olan üsyanı və nankorluğu seçsə o zaman bu öz seçimidir və bu rəftarlarından məsul tutulacaq.

Zaman zaman meydana gələn hadisələrdə insan artıq bir çıxış yolunun qalmadığını, hər şeyin bitdiyini, bunun aşa bilməyəcəyi bir çətinlik olduğunu düşünəbilər. O hadisədə bir xeyir ola  biləcəyini unudaraq üsyankar bir tutum sərgiləyə bilər. Amma bunlar əslində yalnız şeytanın verdiyi boş vədlərdir. Səmimi bir mömin bu həqiqəti bilməlidir ki, qarşılaşdığı hadisə hər nə olursa olsun, mütləq gözəl əxlaq göstərəbiləcəyi və səbr edə biləcəyi bir vəziyyət ilə qarşı-qarşıyadır. Ümidsizliyə qapılmaq isə şeytandan gələn bir vəsvəsədir. Allah qullarına Öz rəhmətindən ümid kəsməməyi belə əmr etmişdir:

Məgər onlar hələ də bilmirlərmi ki, Allah istədiyinin ruzisini artırar, (istədiyininkini də) azaldar. Həqiqətən, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır!
(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!
(Tövbə edib) Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz!
(Zumər Surəsi, 52-54)


Allahın yuxarıdakı ayələrlə bildirdiyi əmrinə uyğun gələn və xeyir düşünən insan yenə ayələrdə bildirdiyi kimi, xeyirlə qarşılaşar: ümid kəsən isə tək və köməkçisiz qalar. Allah, Öz Rəhmətindən ümid kəsənlərin inkarcılar olduğunu belə bildirmişdir:

Allahın ayələrini və Onunla qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracaqlarını) inkar edənlər Mənim mərhəmətimdən ümidlərini üzənlərdir. Onları ağrılı-acılı bir əzab gözləyir. (Ənkəbut Surəsi, 23)

Oğullarım! Gedin Yusifdən və qardaşından (Bin Yamındən) bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!” (Yusif Surəsi, 87)

Mömin Allahın əmri gərəyi əsla ümidsizliyə qapılmamalı və qarşılaşdığı hadisələri daha dərininə təfəkkür etməlidir. Bir çətinliklə qarşılaşdığında bunları düşünməlidir: Bu sınaq əsnasında öz cəsarətini, səbrini, şəfqətini, vəfasını, sədaqətini, sevgisini, fədakarlığını bu dünyada seyr edərək əslində özünə şahidlik etməkdədir. Yaddaşında qalan məlumat ilə axirətə getdiyində, bu gözəl xasiyyətlərinə və rəftarlarına qarşılıq cənnətin verildiyini anlaması ona ayrı bir həzz və zövq səbəbi olacaq. Çətinlikləri görən nəfs onların yerinə cənnətdə verilən asanlıqları və nemətləri şüurlu, bilincli, dərin bir qəbul ilə hiss edəcək və dolayisiylə böyük bir zövq alacaq. Unutulmamalıdır ki, çətini bilməyən, asanlığın nə olduğunu anlaya bilməz; anlasa da çətini bilən insanın şüuru və dərinliyi ilə hiss edə bilməz. Bu üzdən möminin dünyada yaşadığı hər çətinlik, axirətdə özü üçün böyük bir zövq qaynağı olacaq.

Ayrıca dünyada səbirli, ağıllı, asanlaşdırıcı, məqbul, bağışlayıcı, şəfqətli, sevgi dolu, gözəl əxlaqlı olmanın ayrı, dərin bir imani zövqü vardır. Bir mömin bu gözəl özəllikləri özündə gördüyündə böyük bir zövq alar; başqa möminlərin özündən götürdüyü imani zövqü hissetdiyində mömin isə bunlardan da ayrı bir zövq alar. Bu zövq, məmnuniyyət və gözəllik Allahın icazəsiylə cənnətdə sonsuza qədər davam edər.

 

Hər cür pislik insanın özündəndir

Quran əxlaqından xəbərsiz insanların ümumi özəlliklərindən bir dənəsi yaxşılıq gördükləri ya da rahat yaşadıqları zaman bunu özlərindən zənn etmələri və ərköyünlüyə qapılmalarıdır. Başlarına bir pislik gəldiyi zaman da dərhal günahlandıracaq bəzilərini axtarışlarıdır. Halbuki Allahın ədaləti sonsuzdur və hər pislik adamın özündən qaynaqlanmaqdadır. Ayədə belə buyrulur:

(Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir. (Ya Rəsulum!) Biz səni insanlara peyğəmbər göndərdik. Allahın buna şahid olması (sənə) kifayət edər. (Nisə Surəsi, 79)

Quranda inkarcıların hadisələri azğın qiymətləndirmələrinə yönəlik örnəklər verilmişdir. Məsələn Firon və ətrafındakıların başlarına pislik gəldiyində bunu, Hz. Musa və yanındakıların uğursuzluğu olaraq şərh etdikləri amma əslində əsl uğursuz və pislik qaynağı onların özləri olduğu Əraf Surəsində belə xəbər verilmişdir:

Onlara bolluq qismət olduğu zaman: “Bu bizim (haqqımızdır)!” – deyər, bir pislik üz verdikdə isə bunu (bir uğursuzluq, nəhslik kimi) Musadan və yanındakılardan görərdilər. Agah olun ki, onların başına gələn uğursuzluq (nəhslik) Allahdandır, lakin onların əksəriyyəti (bunu) bilməz! (Əraf Surəsi, 131)

Yuxarıdakı örnəkdə gördüyümüz kimi, dindən uzaq insanlar hər vəziyyətdə günahlandıracaq bəzilərini axtararlar. Öz etdikləri çirkinlikləri görməzdən gəlir və yaxşı insanların pisliklə günahlandırmağa çalışarlar. Halbuki yuxarıdakı ayədə də diqqət çəkildiyi kimi əsl pisliyin qaynağı özləridir. Əgər bu insanlar yaxşını pis, xeyiri də şər olaraq şərh edilərsə bunun tək məsulu da özləridir.

 

 

Qədər həqiqətini səhv anlamaq

İnsanlar həyatları boyunca gələcəkləri üçün, sabahsı gün və ya bir saat sonrası üçün müxtəlif planlar edərlər. Bu planlar bəzən əvvəldən hazırlandığı kimi reallaşar, bəzən isə gözlənilməz inkişaflar səbəbindən axsayar. Dindən uzaq insanlar bu axsamaların təsadüfən meydana gəldiyini zənn edərlər. Həqiqətdə isə nə planlanan proqramlar işləməkdə, nə də ümid edilmədik axsamalar olmaqdadır. Bu plan istər reallaşsın, istər reallaşmasın bir insanın qarşısına çıxan hadisələrin bütünü, yalnız o adamın qədərində, Allahın əvvəldən təqdir etmiş olduğu hadisələrdən ibarətdir. Bir ayədə bildirildiyi kimi;  O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın (dünya ilinin) min ilinə bərabər olan bir gündə (qiyamət günündə) Ona doğru (Allahın dərgahına) yüksələr. (Səcdə Surəsi, 5) Və yenə bir başqa ayədə bildirildiyi kimi; Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq. (Qamər Surəsi, 49)

Hər insan əslində öz planladıqlarını yaşadığını düşünsə də işin əslində Allahın özü üçün yaratdığı qədəri yaşayır. Bu səbəblə insan bir şeylər edib qədərini dəyişdirdiyini düşünsə də əslində yenə yalnız qədərində olduğu üçün bunu düşünür. Həyatının heç bir anı qədərinin xaricində deyil. Koma vəziyyətindəykən ölən insan qədərində olduğu üçün ölər, aylar sonra komadan çıxıb sağlamlığına qovuşan isə yenə qədrində olduğu üçün xilas olmuşdur.

Qədəri tam olaraq qavraya bilməmiş olan insan üçün isə bütün hadisələr təsadüfi meydana gələn inkişafların, təsadüflərin əsəri olaraq reallaşar. Bu insan, kainatdakı hər şeyin başıboş olaraq varlığını davam etdirdiyini zənn edər. Bundan ötəri də başına pis bir şey gəldiyi zaman bütün bunları “şansızlıq” olaraq adlandırar.

Halbuki insanın ağıl və mühakimə qabiliyyəti olduqca məhduddur; üstəlik insan zaman və məkanla məhdud bir varlıqdır. İnsanın başına gələn istisnasız bütün hadisələri isə zaman və məkandan müstəqil, “sonsuz bir ağıl” sahibi olan Allah planlamaqdadır. Bu həqiqət Quranda belə xəbər verilməkdədir:

Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! (Hədid Surəsi, 22)

Bu böyük həqiqətin bir nəticəsi olaraq insanın etməsi lazım olan tək şey, hər hadisənin xeyir olaraq yaradıldığını bilərək, Allahın özü üçün təyin etmiş olduğu qədərə təslim olmaqdır. Necə ki həqiqətən iman etmiş olan insanlar, həyatlarındakı hər şeyin Allahın özləri üçün təyin etmiş olduğu qədərə tabe olduğunu, bir hikmət üzərinə yaradıldığını bilərək yaşayarlar. Bunun nəticəsində də mütləq xeyirə qovuşarlar. İnananların göstərdikləri bu gözəl əxlaq və sarsılmaz təslimiyyət Quranda belə izah edilməkdədir:

De: “Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” (Tövbə Surəsi, 51)

Nəticədə insan xeyir olaraq da qiymətləndirsə, şər olaraq da qiymətləndirsə olacaq olanı maneə törətməyə gücü çatmaz. Xeyirlə qiymətləndirməklə qazanar; şər olaraq görsə yalnız özünə zərər verməkdən başqa bir şey əldə edə bilməz. İnsanın peşimanlıq dolu sözləri istifadə etməsi və ya üsyankar bir rəftar göstərməsi qədərindəki bir saniyəni belə dəyişdirməz. Bu səbəbdən ötəri də qula düşən tək məsuliyyət Allahın sonsuz ədalətinə və özü üçün təyin etdiyi qədərə təslim olub bütün hadisələrə xeyir gözüylə baxmaq, ürəkdən mutmain olmuş bir “qədər tamaşaçısı” olmaqdır.

 

 

Şeytan Xeyiri Görməyə Maneə Törətmək İstər

Şeytanın son dərəcə nankor və üsyankar olduğu bizlərə Quranda xəbər verilmişdir. Onun, insanlara sağdan, soldan, öndən və arxadan yaxınlaşacağını, insanları doğru yoldan azdırma məqsədi uğruna hər yolu sınayacağını da ayələrdən öyrənməkdəyik. Şeytanın bu mənfi məqsədinə çatmaq üçün müraciət etdiyi ən əhəmiyyətli oyunlardan biri, insanın başına gələn hadisələrdəki xeyirləri görməsini maneə törətmək, beləcə Allaha qarşı nankor və üsyankar olmasına səbəb olmaqdır. Quran əxlaqının gözəlliklərini qavraya bilməyən, dindən uzaq yaşayan, axirəti unudaraq ömürlərini boş məqsədlərlə keçirən insanlar şeytanın bu tələsinə düşərlər.

Şeytan bu insanların xüsusilə həssas nöqtələrini taparaq o istiqamətlərdən ürəklərinə vəsvəsə verməyə çalışar; onları Allahı və Onun təyin etdiyi qədərə qarşı üsyan etməyə çağırar. Məsələn bir adam qonşusu yol qəzası keçirdiyində bu hadisənin qədərində olduğunu rahatlıqla onlara xatırlada bilər. Hətta “verilmiş sədəqəniz varmış, əhəmiyyətli olan xilas olmanız, Allah sizi qorudu” kimi sözlərlə qarşı tərəfi sakitləşdirməyə çalışa bilər. Amma özü və ailəsi bənzər bir hadisəyə məruz qaldığında eyni yetkin rəftarları göstərə bilməz. Şeytanın təhrik etdiyi nəfsinin oyununa gələrək üsyan etməyi daha asan görər. Çünki hadisələrin xeyirini görməyə çalışmaq, Allaha təslimiyyət göstərmək və təvəkkül etmək vicdan işidir. Əgər adam vicdanını kifayət qədər istifadə etməzsə belə hadisələrdə daim səhv rəftar göstərəcək.

Şeytanın xeyiri görməyi maneə törətməsi hər mövzuda özünü göstərə bilər. Vəsvəsə vermə xüsusiyyətini adamın etdiyi işlərdəki xeyirli istiqamətləri göstərməmək üçün də istifadə edər. Məsələn Allah rızası üçün xeyirli bir xərcləmədə olacaq bir möminə gələcək qorxusu verməyə, malının azalacağı, özünün açıqda qalacağı kimi hisslər verməyə çalışar. Şeytanın bu oyunu bir ayədə belə xəbər verilmişdir:

Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allah (mərhəməti ilə) genişdir. (Allah hər şeyi) biləndir. (Bəqərə Surəsi, 268)

Amma bunların hamısı boş quruntulardır. Şeytanın bütün bu hiyləgər planları saleh möminlərə əsla təsir etməz. Çünki möminin xeyirli xərcləməmlər etməsindəki hədəfi dünya həyatındakı rahatı və ya mənfəətləri deyil. Əsl məqsədi ehtiyac içində olanlara kömək edərək Allahın razılığını, rəhmətini və cənnətini qazanmaqdır. Bu səbəblə şeytan inananlar üzərində təsirli ola bilməyəcəyini Allah Quranda bildirmişdir:

Əgər sənə Şeytandan (bu əmr olunduğun işləri yerinə yetirməmək məqsədilə) bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir! Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar. (Əraf Surəsi, 200-201)

Bura qədər izah etdiklərimizdən də aydın olduğu kimi şeytan, xüsusilə, xeyiri maneə törətmə mövzusunda başlıca iki istiqamətdə insanlara yaxınlaşar. Birincisi; xeyirli, gözəl bir davranışı maneə törətmək üçün əlindən gələni edər və insanları yeganə məqsəd olaraq dünyanın bəzəyinə yönəltməyə çalışar. İkincisi isə; hadisələrdəki xeyirləri və hikməti görmələrini maneə törətməyə çalışar. Xüsusilə insanlara bir müsibət gəldiyində bu hadisələri “şər” kimi göstərərək insanları Allaha üsyana sürüməyə çalışar.

Halbuki Allah, insana sayaraq bitirə bilməyəcəyi qədər çox nemət təqdim etmişdir. Doğumundan ölümünə qədər hər anında verdiyi nemətlər ilə saysız lütf etmişdir. Buna görə Allahı dost və vəkil əldə edən möminlər qarşılaşdıqları bir hadisənin hikmətini o anda anlamamış olsalar belə Allaha güvənərlər və sonunda şübhəsiz bir xeyir olacağını düşünərək səbr edərlər. İçində olduqları vəziyyət nə olursa olsun əsla üsyankar davranmazlar və ya şikayətçi bir rəftar göstərməzlər. Bilərlər ki çox dəhşətli kimi görülən bir vəziyyətdə olsalar da, bu vəziyyət sonunda özlərinin lehinə dönəcək. Və Allahın icazəsiylə qarşılaşdıqları çətin hadisə, bəlkə də axirətlərinin xilas  olmasını təmin edəcək çox əhəmiyyətli və həyati bir dönüş nöqtəsi olacaq.

Geri