Hər şeydə xeyir görmək

More Website Templates @ TemplateMonster.com - August 05, 2013!

Peyğəmbərlərin və möminlərin həyatlarından nümunələr

Peyğəmbərlərin və yalarındakı saleh Müsəlmanların həyatlarını araşdırdığımızda, bu müqəddəs insanların həyatlarının inkar edənlərlə fikri mübarizə içərisində keçdiyini görərik. Bu insanlar bəzən ilk baxışda əleyhlərinə kimi görünən bir çox hadisələrlə qarşılaşmışlar. Bu nöqtədə, peyğəmbərlərin və onlara uyğun gələn möminlərin ən diqqət çəkici xüsusiyyətlərindən biri qarşımıza çıxar: Şərtlər nə dərəcə çətinlikli olursa olsun qarşılaşdıqları hadisələrin Allahdan gəldiyini bilmənin təslimiyyəti, dincliyi və təvəkkülü içindəki yetkin rəftarları...

Allahin elçiləri və saleh möminlər, çətin anlarında Allahın kömək edəcəyindən əmin bir şəkildə, hər şeyin mütləq möminlərin lehinə çevriləcəyini bilərək həyatlarını davam etdirmişlər və bu həqiqətə görə hərəkət etmişlər. Allaha olan dərin imanlarından qaynaqlanan bu üstün xüsusiyyətləri bütün Müsəlmanlar üçün də gözəl bir nümunə təşkil edər.

İnkarcıların Şifahi Hücumları

Quranda xəbər verildiyi kimi, tarix boyunca inananlar qarşılarında, özlərinə mane olmağa çalışan hətta onları doğru yoldan çevirmək üçün hər cür üsula müraciət edən inkarcı birliklər və münafiqlərlə qarşılaşmışlar. İnkarcıların möminlərə qarşı qınayıcı, incidici sözlərdə və müxtəlif böhtanlarda olduqları (xüsusilə də dəlilik, yalançılıq, cadugərlik, uğursuzluq, əxlaqsızlıq böhtanları kimi) Quranda izah edilmişdir:

Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və (Allaha) şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir.
(Al-İmran surəsi, 186)

Yuxarıdakı ayədə, inananların əleyhində kimi görünən yalan və böhtanların, onlar üçün əslində bir şər deyil əksinə bir xeyir olduğu vurğulanmışdır. Bir başqa ayədə, Peyğəmbərimiz (s.ə.v) dövründə yaşanan bir hadisə nümunə verilərək bu vəziyyət belə açıqlanır:

Həqiqətən, yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir (münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni isə (qiyamət günü) çox böyük (şiddətli) bir əzab gözləyir!
(Nur surəsi, 11)

Heç şübhə yox ki keçmiş dövrlərdə inananların qarşılaşdıqları bu tərz hadisələr, onlara narahatlıq vermək, onları qorxudmaq və batil dinlərinə geri çevirmək üçün inkarcıların izlədikləri üsullar olmuşdur. Amma möminlər bu çirkin hücumların hər vaxt xeyirlərinə dönəcəyindən və sonunda düzgünlüklərinin ortaya çıxacağından əmin bir şəkildə davranmışlar. Bu baxımdan atılan böhtanlara və şifahi hücumlara qarşı hər vaxt ən ağıllı və hikmətli cavabları vermişlər, səbr edərək Allaha təvəkkül etmələri lazım olduğunu ancaq bu şəkildə müvəffəqiyyətə çatacaqlarını unutmamışlar.
Keçmişdə yaşanan bu nümunələr kimi bundan sonra da Müsəlmanların hər an Allahın yaratdığı qədərə təslim olmuş bir ruh halı, hər hadisənin xeyirlə inkişaf etdiyini bilmənin təvəkkülü içində olmaları son dərəcə əhəmiyyətlidir. Bunu yaşayan mömin dünyanın ən böyük qazanclarından birinə qovuşacaq. Çünki Allah ayələrində Özünə təvəkkül edənlərə kömək edəcəyini, və onların əsla “köməksiz” qalmayacağını belə bildirmişdir:

Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? Buna görə də möminlər Allaha təvəkkül etsinlər! (Al-İmran surəsi, 160)

 

 

İnkarcıların Hərəkəti Hücumları

İnkarcı birliklər, tarix boyunca iman edənlərin Allah yolunda olmalarını, dini yaşamalarını və təbliğ etmələrini öz batil dinləri baxımından bir təhlükə olaraq görmüşlər. Bu səbəblə də çox vaxt inananları köhnəltmək üçün, yuxarıda bəhs etdiyimiz kimi lağ və böhtan kimi üsullara müraciət etmişlər. Bunların qeyri-kafi qaldığını gördüklərində isə hədələmə, həbs etmə, işgəncə etmə və yurdlarından zorla çıxarma kimi növ növ yollara əl atmışlar.
Möminlərin bu insanlar ilə etdikləri mübarizədə zaman zaman gördükləri pis rəftarlar inkarcı birliyin azğınlığının bir göstəricisidir. Buna qarşı möminlər qarşılaşdıqları bu tərz reaksiya və tətbiqləri hər vaxt xeyir gözüylə qiymətləndirmişlər; başlanğıcda pis görünən hadisələrdə Allahın bir çox gözəl nəticə dilədiyinin fərqindədirlər. Həqiqi yaxşılıq və xeyirə çatmanın çətin anlarda səbr etməyi və təvəkkül etməyi tələb etdiyini yaxşı bilərlər. Allah Müsəlmanların bu gözəl xüsusiyyətini bir ayəsində belə bildirmişdir:

Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır! (Bəqərə surəsi, 177)

Əhzab surəsində, Peyğəmbərimiz (s.ə.v) dövründə yaşanan bir hadisənin izah edildiyi hekayəni təfəkkür etdiyimizdə də bu gözəl hikmətlərin bir qismini tapa bilərik. Söz mövzusu hadisədə, inkar edənlər tərəfindən hər istiqamətdən əhatə edilən möminlərin sınandıqları və şiddətli bir sarsıntıya uğradıqları bildirilmişdir. Beləsinə çətinlikli bir imtahan mühitində isə münafiqlər və ürəklərində xəstəlik olanlar müxtəlif bəhanələrlə qaçaraq özlərini bildirmişlər.

Belə bir anlar sayəsində mömin birliyinin içində uzun zamandır gizlənən, ürəklərində xəstəlik olan kəslər ilə münafiqlər ortaya çıxmışdır. Sanki insan bədənində gizlicə inkişaf edən bir xərçəng kimi hiyləgər bir quruluşlanma, belə bir çətinlik anında dağılmışdır. Allahın rəhməti və dəstəyi möminlər üzərində təcəlli etmişdir. Bu hadisədə, münafiqlərin çirkin rəftarına qarşılıq möminlər qarşılaşdıqları çətinlikdə böyük xeyirlər olduğunu görmüş, Allahın ayələrini yaşadıqları üçün imanları güclənmiş və Allaha olan bağlılıqları artmışdır:

Möminlər (müttəfiqlərin) ordu hissələrini gördükdə dedilər: “Bu, Allahın və Peyğəmbərinin bizə olan (zəfər) vədidir. (Biz bununla imtahana çəkilirik. Əgər bu imtahandan yaxşı çıxsaq, zəfər çalacağıq, çünki Allah və Peyğəmbəri həqiqi möminlərə kafirlər üzərində qalib olmağı vəd etmişlər). Allah və Peyğəmbəri düz buyurmuşlar!” Bu (vəziyyət) onların yalnız (Allaha) imanını və itaətini artırdı. (Əhzab surəsi, 22)

Bu nümunədə görüldüyü kimi, çətinlikli bir hadisə möminlər üçün böyük bir xeyirə çevrilərkən, bu xeyiri təqdir edə bilməyən xəstəlikli insanların daha da inkara süründürmələrinə səbəb olmuş və onların əleyhinə dönmüşdür. Ayrıca bu hadisədə mömin birliyin pislərdən təmizlənməsinin yanında, bir başqa xeyirli istiqamət olaraq onlara zərər verməyə çalışan inkarcıların da bütün səyləri boşa çıxmışdır. Əhzab surəsində, inkarcıların heç bir xeyirə çata bilmədən, kin və hirsləri içində geri çevrildiyi belə xəbər verilmişdir:

Allah kafirləri qəzəbli olduqları (məqsədlərinə çatmadıqları) halda geri oturtdu. Onlar heç bir xeyir (qənimət) əldə edə bilmədilər. Döyüşdə (zəfər çalmağa) Allah möminlərə kifayət etdi. Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!
(Əhzab surəsi, 25)

 

Müsəlmanların Hicrəti

Lazım olduğunda bütün malını və mülkünü geridə buraxaraq hicrət etmək, Quranda bildirilən bir ibadətdir. Bu səbəblə Allah yolunda hicrət edən Müsəlmanlar yurdlarını tərk etmək vəziyyətində buraxılmalarını hər vaxt xeyir gözüylə qiymətləndirmişlər. Çünki Quranda ifadə eidldiyi üzrə, hicrət edənlər Allahın rəhmətini ümid edə biləcək kəslər arasında sayılmaqdadır:

Həqiqətən, Allaha iman gətirənlər, (Məkkədən Mədinəyə) köçüb gələn və Allah yolunda cihad edən kimsələr Allahın mərhəmətinə ümidvardırlar. Allah bağışlayandır, rəhm edəndir! (Bəqərə surəsi, 218)

Cahiliyyənin məntiqi ilə düşünüldüyündə, bir adamın cəmiyyət təzyiqiylə evindən, yurdundan çıxarılması və ya tanımadığı bir yerə göndərilməsi, bütün həyatını alt-üst edəcək bir hadisədir. Amma əvvəlcə ifadə etmək lazımdır ki, Allahın dinini inkar edənlərin böyük bir qismindən mənfi qarşılıq görəcəkləri onsuz da inananlara əvvəldən bildirilmişdir. Bu səbəbdən Müsəlmanlar dinlərini tərk etmə istiqamətində bir məcbur etməklə qarşılaşdıqlarında, əslində Allahın ayələri təcəlli etməkdədir. Buna görə hicrət edən və ya yurdlarından zorla çıxarılan möminlər hər dövrdə böyük bir sevinc və şövq içində olmuşlar. Peyğəmbərimiz (s.ə.v) dövründə yaşayan səhabələrin göstərdiyi üstün əxlaq və sarsılmaz təvəkkül bunun ən gözəl nümunələrindəndir.

Onlar Peyğəmbər Əfəndimiz (s.ə.v)ə tabe olduqlarında Allahın özlərindən razı olacağını ümid etdikləri üçün hər cür çətinliyi gözə almışdılar. Müsəlmanların xeyiri üçün yurdlarından heç tərəddüd etmədən çıxmış, dünyaya istiqamətli bütün varlıqlarını geridə buraxa bilmişlər. Allah, onların bu gözəl əxlaqlarının və hadisələrə xeyir gözüylə baxmalarının bir qarşılığı olaraq onlara sonsuz cənnətini və rəhmətini vəd etmişdir. Şübhəsiz ki Allahın vədi haqqdır:

Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!” (Al-İmran surəsi, 195)

Hicrət edən Müsəlmanların, axirətdəki sonsuz əcrlərinin yanında, dünyada da bolluq və gözəllik ilə mükafatlandırılacaqları Quranda belə müjdələnmişdir:

Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik (bolluq) tapar. Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə (mənzil başına çatmadan) ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər! Allah bağışlayandır, rəhm edəndir! (Nisa surəsi, 100)

 

Zülmə məruz qaldıqdan sonra Allah uğrunda hicrət edənləri dünyada gözəl bir yerdə sakin edəcəyik. Axirət mükafatı (Cənnət) isə daha böyükdür. Kaş (kafirlər və hicrətdən geri qalanlar bunu) biləydilər! (O mühacirlər hər cürə əziyyətə) dözənlər və yalnız Rəbbinə təvəkkül edənlərdir! (Nəhl surəsi, 41-42)

 

 

Peyğəmbərimiz (s.ə.v)in aləmlərə nümunə təvəkkülü

Hz. Məhəmməd (s.ə.v) bütün digər peyğəmbərlər kimi həyatı boyunca bir çox çətinliklə qarşılaşmış, bu vəziyyətlərdə göstərdiyi səbir və təvəkkül ilə Müsəlmanlara çox gözəl bir nümunə olmuşdur. Quranda izah edilən bir hadisə, Hz. Məhəmməd (s.ə.v)in göstərdiyi üstün əxlaqı və Rəbbimizə olan sarsılmaz təvəkkülünü çox yaxşı vurğulamaqdadır.

Peyğəmbərimiz (s.ə.v), Məkkədən çıxdığında müşriklər onu öldürmək məqsədiylə onu izləmişlər. Peyğəmbərimiz (s.ə.v) onlardan saxlanmaq üçün bir mağaraya sığınmış, ancaq müşriklər sığındığı mağaranın qapısına qədər gəlmişdilər. Belə çətin bir anda Peyğəmbərimiz (s.ə.v) yanındakı mömin yoldaşına, hüznə qapılmamasını söyləmiş və ona Allaha təvəkkül etməyi xatırlatmışdır. Bunu xəbər verən ayə belədir:

(Ey möminlər!) Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): “Qəm yemə, Allah bizimlədir!” –dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq (rahatlıq) nazil etmiş, onu sizin görmədiyiniz (mələklərdən ibarət) əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü (kəlmeyi-şəhadət) ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir! (Tövbə surəsi, 40)

Heş şübhə yox ki müqəddəs Peyğəmbərimiz (s.ə.v)in həyatı təhlükədə ikən qorxuya və hüznə qapılmamasının, narahatlıq duymamasının tək səbəbi Allaha olan etibarı və Onun qədərdə yaratdığı hər hadisənin xeyir və gözəlliklə dolu olduğunu bilməsidir. Bunun nəticəsində heç bir zərər görmədən Mədinəyə çatmış və İslam tarixində çox əhəmiyyətli bir dönüş nöqtəsi olan hicrət reallaşmışdır.

 

Hz. Musanın Üstün Əxlaqı

Hz. Musanın tarix boyunca yaşamış ən azğın insanlardan biri olan Firon ilə olan mübarizəsi Quranda ətraflı olaraq izah edilmişdir. Hz. Musanın Allahın dinini təbliğ etməsinə, Firon zorbalıq və hədələmə ilə cavab vermişdir. İnsanları haqq dindən çevirmək üçün hər cür yolu sınayan Misir hökmdarı Firona qarşı Hz. Musanın göstərdiyi üstün əxlaq və təvəkkül, aləmlərə nümunə olacaq xüsusiyyətdədir. O dövrü Quran ayələri istiqamətində belə tərif edə bilərik: Bir tərəfdə Firon, ölkənin hakimi olan və görünüşcə bütün gücü əlində tutan adamdır; digər tərəfdə də yanında az bir birlik olan Hz. Musa vardır... Hadisələri zahiri (xaricdən görünən) istiqamətləriylə qiymətləndirən, haqlının deyil güclünün qazanacağını düşünən cahiliyyə məntiqi, Fironun bu mübarizədən qəti bir qalibiyyət ilə çıxacağını zənn etmiş ola bilər. Halbuki belə düşünənlər böyük bir yanılmaya düşmüşlər. Çünki Allah belə hökm etmişdir:

Allah (lövhi-məhfuzda): “And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!” – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Mübarizə surəsi, 21)

Allah peyğəmbərlərinə istiqamətli bu vədini yerinə yetirmiş və Hz. Musanı Firona qarşı üstün etmişdir. Onu, qardaşı Hz. Harun ilə və Öz köməyi ilə dəstəkləmişdir. Ayrıca Allah, Hz. Musaya müxtəlif möcüzələr vermiş və özüylə danışmasıyla onu digər isanlardan üstün etmişdir. Quranda insanlara ibrət götürmələri üçün köçürülmüş olan bu mübarizə, möminlərin əleyhinə kimi görünən bir vəziyyətin, Allahın diləməsiylə necə bir anda tərsinə döndüyünü çox açıq olaraq göstərər.

Söz mövzusu hadisələrdən biri bu şəkildə inkişaf etmişdir: Firon və ordusu, Misirdən qaçan Hz. Musanı və yanındakı inananları tutumaq üçün yola çıxmışdılar. Firon tərəfindən fərq edildikləri sırada inananların önünə dəniz çımışdır. Bu nöqtədə Hz. Musanın sözləri son dərəcə diqqət çəkicidir. Hz. Musa qarşısında dəniz, arxasında isə Firon ordusu olduğu halda, Allahın köməyinin gələcəyinə güvənərək hərəkət etmiş və bu şəkildə üstün əxlaqını ortaya qoymuşdur. Quranda bu hadisə belə xəbər verilir:

(Firon və əsgərləri) günəş doğduqda onların (İsrail oğullarının) arxasınca düşdülər. İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: “(İşimiz bitdi!) Artıq yaxalandıq!” (Musa) dedi: “Xeyir, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!” Onda Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!” (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının soyuna müvafiq olaraq on iki hissəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi oldu. O biriləri (Firon əhlini) də ora yaxınlaşdırdıq (dəniz sahilinə topladıq). Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O biriləri (Firon tayfasını) isə suya qərq etdik. Şübhəsiz ki, bunda (Musanın bu hekayətində) bir ibrət vardır. Lakin onların (Firon tayfasının, qədim Misir əhalisinin, yaxud Məkkə müşriklərinin) əksəriyyəti iman gətirmədi. (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!) (Şuəra surəsi, 60-68)

Burada əsl üzərində dayanılması lazım olan mövzu, Hz. Musanın icra etdiyi çətin mübarizəsində hadisələrə həmişə Allahın köməyinin yanında olduğunu bilərək yaxınlaşması, qarşılaşdığı hər hadisəni xeyirə yozması və ən çətin anında da Allaha təvəkkül edərək bağlılığını və sədaqətini göstərməsidir.

 

Hz. Yusifin sarsılmaz təslimiyyəti

Möminlər üçün “şər kimi görünən” hadisələrin xeyirə çevrilməsiylə əlaqədar Quranda verilən ən gözəl nümunələrdən biri də Hz. Yusifin həyatıdır. Hz. Yusif, uşaqlığından etbarən başına gələn hər hadisədə göstərdiyi Allaha olan bağlılğı ilə tanınar. Çətin vəziyyətlərdəki təvəkkülü ilə saleh bir möminin necə davranması lazım olduğuna ən yaxşı nümunələrdən biridir. Özünə Allahı dost əldə edən Hz. Yusif, hər şeyin “dostu”ndan gəldiyini bilmənin verdiyi rahatlıqla hər hadisədə bir xeyir axtarmışdır. Bu şəkildə həyatı boyunca qarşısına çıxan hər imtahanı bir fürsət bilmiş, hər an yetkin və təvəkküllü bir xarakter sərgiləmişdir.

Hz. Yusifin qarşılaşdığı haqsızlıqların ilki qardaşları tərəfindən edilmişdir. Hz. Yusifi qısqanan qardaşları onu bir quyuya ataraq atalarından və evlərindən uzaqlaşdırmışlar. Allah bir yolçu karvanını vəsilə edərək Hz. Yusifi bu tələdən qurtarmışdır. Yolçu karvanı uşaq yaşdakı Hz. Yusifi quyudan çıxararaq yanlarında götürmüşdülər. Bunun ardından Yusif Peyğəmbəri, Misrin öndə olanlarından biri satın alaraq evinə götürmüşdür. Hz. Yusifin gözəlliyindən təsirlənən sahibinin arvadı isə ayədə bildirildiyinə görə “ondan murad istəmiş”dir. Buna qarşı Hz. Yusif özünü fahişəliyə məcbur edən qadından qaçmışdır. Üstün bir əxlaq timsalı olan Hz. Yusif yenə bir haqsızlığa düşmüş və bu dəfə də qadının böhtanıyla günahlandırılmışdır. Edilən araşdırmada Hz. Yusifin günahsız olduğu dəlilləriylə ortaya çıxmasına baxmayaraq, özünü zindana atmağı qərarlaşdırmışlar:

(Vəzir və ailəsi Yusifin günahsız olduğunu sübut edən) dəlilləri (Yusifin köynəyinin arxadan cırılmasını, üzünün cırmaqlanmasını, qadınların turunc əvəzinə əllərini kəsməsini və i. a.) gördükləri halda, yenə də onu bir müddət (dedi-qodu kəsilənədək) zindana salmaq qərarına gəldilər. (Beləliklə, Yusif zindana atıldı). (Yusif surəsi, 35)

Görüldüyü kimi Hz. Yusif iffətini qoruduğu üçün böhtana düşmüşdür. Bu böhtanın nəticəsində uzun müddət zindanda qalan Hz. Yusif, həbs həyatının gətirdiyi hər cür çətinliyə səbr edərək Allaha təvəkkül etmişdir. Hz. Yusif zindanda uzun müddət qalmış amma Quranda izah edildiyi üzrə son dərəcə təslimiyyətli bir rəftar göstərərək üstün əxlaqı ilə bütün möminlərə nümunə olmuşdur. Bilinməlidir ki Hz. Yusif, həyatı boyunca göstərdiyi səbr, təvəkkül və hər şeyi xeyirə yozmanın qarşılığını həm dünyada həm də axirətdə ən gözəl şəkildə görmüşdür.

Allah, bir çox hadisəni səbəb edərək Hz. Yusifə dünyada çox böyük bir mülk və hökmdarlıq vermişdir. Hz. Yusifin bütün bu yaşadığı hadisələri xeyirlə şərh etməsi və Rəbbimizə olan duası Quranda belə xəbər verilməkdədir:

(Yusif) ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata-ana və on bir qardaş) hamısı (hörmət əlaməti olaraq) onun qarşısında səcdəyə qapandılar. (Allah onları bir-birinə qovuşdurduğu üçün şükür səcdəsi etdilər). (Yusif) dedi: “Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi. O mənə yaxşılıq etdi, çünki məni zindandan qurtardı, Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi çöldən (yanıma) gətirdi (bizi bir-birimizə qovuşdurdu). Həqiqətən, Rəbbim istədiyinə qarşı lütfkardır (istədiyi şəxs və ya iş barəsində incə tədbir sahibidir). O, doğrudan da, (hər şeyi) biləndir, hikmət sahibidir!”
(Yusif atası ilə bir müddət gözəl dövran sürdükdən sonra Yəqub vəfat etdi. Yusif atasını aparıb öz vətənində dəfn etdi və dünyanın heç bir etibarı olmadığını gördükdə Allaha dua edərək Ondan ölüm diləyib dedi: ) “Ey Rəbbim! Sən mənə səltənətdən (istədiyimdən də artıq) bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!”

Şübhəsiz bu hekayə, möminlərin təvəkküllərindəki səmimiyyətin arxasından mükafatlandırılmalarına gözəl bir nümunədir. Saleh bir möminə düşən də Hz. Yusif kimi qarşılaşdığı bütün hadisələrin hikmətlərini, xeyirlərini həll etməyə, anlamağa cəhd göstərməkdir. Allaha təvəkkül edib, Ona sığınıb, bu elmi, bu anlayışı istəməlidir. Mömin unutmamalıdır ki, insanları hər gün bədbəxt edən irili xırdalı hadisələr və ya əhəmiyyətli gördüyü böyük hadisələr heç bir şəkildə möminin əleyhinə olmaz. Bu, Allahın qədər qanununa zidd bir hadisədir. Allah hər hadisəni mütləq möminin lehinə yaradar. Allah möminin ürəyinə hadisənin xeyirini və hikmətini ilham edə bilər ki bu böyük bir nemətdir. Ancaq Allah ilham etməzsə də Müsəlman səbr edib, “mütləq xeyir vardır” deyə bilməlidir. Çünki bu Allahın məmnun olacağı ümid edilən bir davranışdır.

Geri