Hər şeydə xeyir görmək

Nəticə

Möminlər hər hadisəni ən incə detalına qədər Allahın yaratdığını  və hamısının qədərdə əvvəldən təqdir edilmiş hadisələr olduğunu bilərək, böyük bir təslimiyyət içərisində yaşayarlar. Əlbəttə inananlar da həyatları boyunca bir çox çətinlik və müxtəlif imtahanlarla qarşılaşarlar. Amma əsla “kaş ki belə olsaydı”, “belə etsəydim daha xeyirli olardı” kimi sözlər söyləməz və belə quruntulara qapılmazlar. Hadisələrin özündə bəlkə də heç bilməyəcəkləri bir hikmət və xeyir olduğuna qəti olaraq iman edərlər. Beləcə xoşlarına getməyən, çətinlikli görünən vəziyyətlərdə belə son dərəcə dinc bir həyat sürərlər.

Ancaq bu sirri bilməyən inkarcılar, böyük və ya kiçik, pis olaraq xarakterizə etdikləri hər hadisədə möhtəşəm bir çətinlik yaşayarlar. Həyatlarına əksəriyyətlə bədbəxtlik və ümidsizlik hakimdir. Halbuki insan, qurluşu gərəyi davamlı olaraq dinclik və rahatlıq içərisində yaşaması lazım olan bir varlıqdır. Çünki insan üçün, çətinlik, stress və hüzünün gətirdiyi fiziki və mənəvi təxribatlar şiddətli ola bilməkdədir. Allaha güvənməyən və hər hadisəni xeyir gözüylə qiymətləndirməyən insanın içinə düşdüyü çətinlik, əzab, hüzn və stress o adamı qucaqlayıb əhatə edər. Gələcək qorxusu, ölüm qorxusu, xəstəlik qorxusu, mal itkisi kimi qorxuların heç bir zaman sonu gəlməz.

İnsanın tək qurtuluşu, bütün hadisələri Allahın mütləq bir xeyir və hikmət üzərinə yaratdığını bilərək yaşamasındadır. Mömin, istisnasız qarşılaşdığı hər hadisəni Allahın, bir xeyir və hikmətlə yaratdığını bilsə, Allaha həqiqi mənada təvəkkül edər.

Dözümlə deyil, gözəl bir səbirlə səbr etsə qulluq vəzifəsinə uyğun davranmış olar. Təhlükəsizlik, dinclik və güc təmin etmək Allahın gücü ilə ibarət olan bir şeydir. Dua və təvəkküllə, hər şeyi Allahdan gözləmək möminin xüsusiyyətidir.

Mömin, bu dünyada, cənnətin qapısında gözləyərkən müxtəlif hadisələrlə qarşılaşar və sınanar. Bu hadisələr əsnasında Allahın rəhmətini, razılığını, cənnətini qazandıracaq gözəl rəftarlar içində olan, cəhənnəmdən çəkinən, Allahdan qorxan və xeyirləri görən, özü görməsə də hər hadisənin xeyir istiqamətlərini Allahın bildiyini bilən bir varlıqdır.

Allah, Özündən qorxub çəkinən qullarının qədərlərində təqdir edilmiş, şübhəsiz yaşanacaq olan bir  hadisəni ayələrdə belə xəbər vermişdir:

Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və (cənnət) gözətçiləri (onlara): “Salam əleykum! (Sizə salam olsun!) Xoş gəldiniz! Əbədi qalacağınız Cənnətə daxil olun!” – deyəcəklər. Onlar isə: “Bizə verdiyi vədini yerinə yetirmiş və bizi bu yerə varis etmiş Allaha həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. (Dünyada yaxşı) əməllər edənlərin mükafatı necə də gözəldir!” – deyəcəklər. (Ya Peyğəmbər!) Mələkləri də ərşi (hər tərəfdən) əhatə edərək Rəbbini həmd-səna ilə təqdis edən görəcəksən. Onların (bütün məxluqatın) arasında ədalətlə hökm olunacaq (möminlər Cənnətə, kafirlər Cəhənnəmə gedəcək) və (mələklərlə möminlər tərəfindən bir ağızdan): “Aləmlərin Rəbbi olan Allaha həmd olsun!” – deyiləcəkdir!
(Zumər Surəsi, 73-75)

Geri