Hər şeydə xeyir görmək

More Website Templates @ TemplateMonster.com - August 05, 2013!

Mallardan azaltma ilə sınanma

İnsanların birçoxunun həyatlarındakı ən önəmli məqsədlərdən biri, mal, mülk zənginliyinə sahib ola bilməkdir. Həyatlarında çox önəmli bir yer təşkil edən bu hədəfə çata bilmək üçün hər yolu sınayar, heç bir şeydən çəkinməzlər. İnsnların mala verdikləri bu dəyər Quranda “ehtiraslı şəhvət” və “dünya həyatının çəkici bəzəyi” olaraq təyin olunmuşdur. Ayələrdə belə buyrulur:

Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır.
(Al-İmran Surəsi, 14)

(Bəzi adamların fəxr etdiyi) mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid etibarilə daha xeyirlidir! (Kəhf Surəsi, 46)

Allah bir başqa ayəsində isə din əxlaqından uzaq yaşayan insanlar üçün, Mal-dövləti isə lap çox sevirsiniz. (Fəcr Surəsi, 20) şəklində bildirməkdədir. Bu ayədən də aydın olduğu kimi cahiliyyə cəmiyyəti insanları mal sahibi olma mövzusunda bir ehtiras içərisindədirlər. Çünki mal və mülk zənginliyi, din əxlaqını mənimsəməyən cəmiyyətlər üçün, üstünlüyü ifadə edən çox önəmli bir özəllikdir.

Bu səhv modeldə, malı olana hörmət edilər, hörmət göstərilər və dəyər verilər. İnsanlar istədikləri zənginliyi əldə etdiklərində çox böyük bir gücə sahib olduqlarını düşünürlər. Bu baxımdan hər kəsin ən öncə istəklərindən biri, çox çox zənginliyə sahib olmaqdır.
Cahiliyyə insanlarının mala və zənginliyə bu qədər düşgün olmaları, həyatları boyunca sahib olduqlarını itirmə qorxusnu da özü ilə gətirər. Bu məntiqə və anlayışa sahib olan bəzi insanlar, malları bir səbəbdən ötəri əllərindən alınsa tamamilə ümidsizliyə düşər və Allaha qarşı üsyankar bir rəftar göstərərlər. Mallarının azalmasının əslində bir sınaq olduğundan tamamilə qəflətdə olduqları üçün, böyük bir zərərə düşmənin üzüntüsünü yaşayarlar.

Halbuki Allah Quranda, iman edən qullarına əllərindən çıxanlar üçün üzüntü keçirməmələrini və özlərinə verdiyi nemətlər səbəbindən də sevinib hədlərini aşmamalarını əmr etmişdir. (Hədid Surəsi, 23) Allah, ayələrində insanları etidallı olmağa və gözəl əxlaqa çağırmaqdadır. Bir insanın mal və mülkü artdığında həddini aşması, azadlığında isə ümidsizliyə qapılması Allaha qarşı nankorluq olar.

Lakin hadisələri öz anlayışlarına görə qiymətləndirən cahiliyyə cəmiyyəti insanları mal itkisində duyulan üzüntünü təbii qarşılayırlar. Məsələn bir adamın həyatı boyunca çalışıb sahib olduğu sərvəti bir təbii fəlakət səbəbiylə bir neçə saniyədə əlindən alına bilər. Ya da uzun zaman pul yığıb gözəl bir ev, qısa sürən bir yanğından ötəri istifadə edilə bilməyəcək hala gələ bilər. Dünya həyatının bir sınaq məkanı olduğunun və belə bir hadisə ilə sınanıldığının şüurunda olmayan insan, malı bir anda əlindən alındığında nə baş verdiyin anlamaz, mənfi və üsyankar bir əxlaq göstərər.
Din əxlaqından uzaq insanlar mal itkisini bu xarab baxışla qiymətləndirdikləri üçün, bu hadisənin xeyirli və yaxşı yönü ola bilməyəcəyini düşünürlər. Necə ki bu baxışla və Allaha qarşı göstərdikləri təvəkkülsüzlük səbəbiylə, həqiqətən də bu hadisə öz əleyhlərində olar.

Halbuki xeyir gözüylə baxan insanlar üçün vəziyyət tamamilə fərqlidir. Mülklərini itirmələrinin o anda bilmədikləri çox çox hikmətləri və xeyirləridir. Bəlkə də Allah, bu vəsilə ilə zənginlikdən şişmiş və böyüklük hissi duyanların dünya həyatının keçici həvəslərinə qapılmış olan qullarına bir xatırlatma etməkdədir.

Onlara, bütün gücün Özünə aid olduğunu və yalnız Özünə rəğbət etmələri lazım olduğunu xatırlatmaqdadır. Və ya o çətin anda səbr edən, təvəkkül edən qullarına dünyada və axirətdə daha gözəliylə cavab verərək onlar üçün bilmədikləri xeyirli bir gələcək təyin etmiş ola bilər. Dünya həyatının keçici və zahiri mənfəətləri yerinə sonsuz olan axirət həyatındakı saysız nemətləri onlara verə bilər, ki dünyanın keçici nemətləri ilə axirətin sonsuz nemətləri arasında bir müqayisə edildiyində sonsuz axirət nemətlərinin daha xeyirli olduğu son dərəcə açıqdır.

Bu tərz hadisələrin dünyaya yönəlik də çox xeyiri tapıla bilər. Məsələn bir insan yeni aldığı maşınıyla qəza keçirsə və maşın ağır ziyan görsə belə bunda şübhəsiz bir xeyir vardır. Allah, bəlkə də bu insanı daha böyük bir qəzadan ya da başına gələ biləcək pis bir hadisədən qorumuşdur. Vicdanlı bir insan başına gələn bu hadisəni bir xəbərdarlıq, bir xatırlatma hesab edib bağışlanma diləyər və Allahın yaratdığı qədərə qeydsiz şərtsiz təslimiyyət göstərər.

Geri