Hər şeydə xeyir görmək

More Website Templates @ TemplateMonster.com - August 05, 2013!

Cahiliyyə cəmiyyətinin hadisələrə baxışı

Bəzi insanlar başlarına gələn hadisələri, öz məntiqlərinə görə, “yaxşı və ya pis” şəklində müəyyən kateqoriyalara ayırarlar. Bu təsnif etməyi edərkən, öz vərdişlərini və ictimai adətləri göz önündə saxlayarlar. Hadisələr qarşısında göstərdikləri reaksiyalar da hadisələrin şiddətinə və şəklinə görə dəyişikliklər göstərir, amma son olaraq yaşadıqları cəmiyyətin təyin etdiyi qəliblər içindədir.

Hər insanın uşaqlıq illərindən ertibarən gələcəyə yönəlik bəzi planları vardır. Ancaq hadisələr hər vaxt insanların düşündüyü ya da planladığı şəkildə olmaya bilər. Gözlənilməz hadisələr, ümid edilmədik inkişaflar zaman zaman hər insanın həyatında yer ala bilər. Bəzən hər şey insanın tam istədiyi, arzuladığı şəkildə gerçəkləşərkən bəzən də ilk baxışda çatışmazlıq kimi görünən çox çox hadisə ard arda gələ bilər. Çox sağlam görünən bir kimsə bir anda ölümcül bir xəstəliyə tutula bilər ya da bir qəza nəticəsində sağlamlığını itirə bilər. Yenə çox zəngin bir insan heç ümid etmədiyi bir anda bütün mal varlığını itirə bilər.

Ümumiyyətlə insanlar həyatları boyunca qarşı-qarşıya qaldıqları bu enişlər və çıxışlar qarşısında fərqli reaksiyalar verə bilərlər. Hadisələr arzuladıqları şəkildə inkişaf etdiyi və mənfəətlərinə bir zərər gəlmədiyi vaxt müsbət reaksiyalar verər, ancaq gözlənilməz inkişaflarla qarşılaşdıqlarında dərhal məmnuniyyətsiz və hətta üsyan edən bir rəftar içərisinə girərlər. Hadisələrin önəminə və sonlarına görə bu üsyankar rəftarları daha da şiddətlənər.

Təməldə ortaq olan bu xarakteri cahiliyyə cəmiyyətlərinin daxilində görmək mümkündür. Ancaq bu insanların bir  qismi məmnuniyyətsizliklə qarşılaşdıqları bu hadisələr qarşısında yenə də “vardır bir xeyir” ya da “xeyirdir inaşllah” kimi sözlər sərf etməyi də laqeyd yanaşmazlar. Ancaq bu kəslərin bu danışmaları –daha öncə də ifadə etdiyimiz kimi- tamamilə bir ağız vərdişindən ya da cəmiyyətdə adət halına gəlmiş olmasından qaynaqlanar. Yoxsa bir çox adam söylədikləri kimi yaşadıqları hadisələrdə həqiqətən də bir xeyir axtarmazlar.

Kimiləri də zərərsiz ya da kiçik olaraq xarakterizə etdikləri çatışmazlıqlar qarşısında “vardır bir xeyiri” deyərək keçəbilərkən, önəmli ya da mənfəətlərini ciddi şəkildə zərərə salacaq xüsusiyyətdəki hadisələr qarşısında xeyirdən artıq heç  danışmazlar. Məsələn işə gedərkən avtobusu qaçıran ya da maşını xarab olan bir adam beləsinə kiçik bir hadisədə “vardır bir xeyiri” deyərək əhəmiyyət verməyə bilər. Ancaq bu səbəbdən ötəri müdirinin təhqirinə məruz qalar və ya işindən qovulsa, bu vəziyyətdə dərhal şikayət etməyə başlar. Ya da ucuz bir saatı itincə “bir xeyir vardır” deyə bilən bir insan, birliyant üzüyünü itirdiyində özünü itirəcək dərəcəyə gələ bilər. Bu sərhəd “bam teli” olaraq adlandırılar və hər kəsin şübhəsiz “bam telinə toxunan bir nöqtəsi” vardır. Adamın xeyir gözüylə baxa biləcəyi ya da səbr göstərə biləcəyi kiçik hadisələr vardır, amma fövqəladə böyük bir hadisə ilə qarşı-qarşıya qaldığı zaman hər cür mənfi rəftarı sərgiləyə bilməyi özünə ən təbii haqq olaraq görər.

Kimi insanlar da, “xeyir gözüylə baxmaq” anlayışını yalnız təsəlli məqsədiylə istifadə edərlər. Yoxsa insanın hadisələri xeyir gözüylə qiymətləndirməsinin həqiqətdə nə məna ifadə etdiyinin şüurunda deyildirlər. Bunun yalnız çətinliyə düşən ya da zərərə uğrayan dostların bir-birlərini sakitləşdirmək üçün ortaya atdıqları bir təsəlli şəkli olduğuna inanarlar. Söz gəlişi müflisləşən bir tanışlarını ya da sinifdə qalan bir yoldaşlarını yatırmaq lazım olduğunda “olsun, vardır bir xeyir” ya da “olacağı varmış, xeyirə yozmaq lazım” kimi ifadələr istifadə edərlər. Hadisənin doğrudan həmsöhbəti özləri olduğunda isə xeyirdən heçbir şəkildə söz etməzlər. Bu vəziyyət, söylədikləri sözlərin mənasından tamamilə xəbərsiz olduqlarının çox açıq bir sübutudur.

Bu kimi insanların yaşadıqları mənfi kimi görünən bütün hadisələrdə bir xeyir ola biləcəyini düşünməmələri isə tamamilə təməldəki inanc pozuqluqlarından qaynaqlanmaqdadır. İnsanın həyatı boyunca hər qarşılaşdığı hadisəni yaradanın Allah olduğunu, hər işin müəyyən bir qədərlə işlədiyini və dünya həyatının bir imtahan mühiti olduğunu qavramamış olması “xeyir gözüylə baxa bilməsinə” qəti olaraq maneə təşkil edər. Bu səbəblə irəliləyən səhifələrdə öncəliklə yaşanılan hadisələrdə mütləq bir xeyir olduğuna inanmaq və bu xeyirləri görəbilmək üçün qavraması lazım olan önəmli bəzi həqiqətlərə toxunacağıq.

Geri